Müxalifət Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı bəyanat hazırlayıb

img

08-04-2009 [05:47]


Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının təsisçiləri bu gün növbəti toplantısını keçirib. Altı müxalif partiyasının təmsil olunduğu qurumun toplantısında Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı, Moldovada baş verən proseslər və ?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzilinin həbsi ilə bağlı müzakirə aparılıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib. ADP sədri onu da bildirib ki, hərəkata daxil olan partiyalar Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı ilə bağlı bəyanat da hazırlayıblar: ?Bəyanatı hazırlamışıq. Yəqin ki, sabah mətbuata yayacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA