Modelyerlərdən biri Elza Seyidcahanı əsəbləzdirib

img

08-04-2009 [04:34]


Modelyer Xəyalə Hüseynova ?Bizim yol? qəzetinə verdiyi açıqlamada müğənni və bəstəkar Elza Seyidcahanı zövqsüzlükdə ittiham edib: ?Düzünü deyim ki, Elza Seyidcahanın geyimlərini bəyənmirəm. Onu qeyri-adi zövqə malik müğənni kimi təqdim edirlər. Onun qeyri-adiliyi zövqünün pis olmağındadır. Elza rəngləri, parçaları çox qarışdırır, bir-birinə calayır. Mən onun geyim tərzini qəbul etmirəm?. Elza Seyidcahan isə Müstəqil İnformasiya Agentliyinə (mia.az) verdiyi açıqlamasında Xəyala Hüseynova adlı modelyer tanımadığını deyib: ?O kimdirsə Elzanın adı ilə gündəmə gəlib, reklam olunmaq istəyir. Türkiyənin, Moskvanın ən tanınmış modelyerləri mənim geyimlərimdən istifadə edir. Mənim geyimlərimin hər biri ayrıca sənət əsəridir. Ona modelyer və rəssam gözu ilə baxmaq lazımdır, heç bir əsəri ilə gündəmə gələ bilməyən Xəyalənin gözü ilə yox. Geyim, stil, zövq deyəndə Elza yada düşür. Mən həmişə fərqli geyinmişəm. Hətta bəzən buna görə riskə də getmişəm. Çünki elə geyimlər var ki, cəmiyyət onu qəbul eləmir. Amma mən, cəmiyyətin qəbul edə bilmədiyi paltarları geyinib səhnəyə çıxmışam. Nəticədə hiss etmişəm ki, xalq bu geyimləri qəbul etdi. Mən çox məhşur modelyerlərlə iş birliyi qurmuşam. Onların arasında Fəxriyyə Xələfova, Zemfira Qurbanova kimi modelyerlər də var. Adı məlum olub, əməyi görünməyən ?modelyer?ə isə bir məsləhətim var. Yaxşı olar ki, o, özünə uyğun modelyerlərin və onun paltarlarını geyinən sənətçilərin adını çəksin. Mən onun kimi insanın açıqlamasına ətraflı cavab vermək istəmirəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA