Bakı Dövlət Sirki mövsümü baza vurdu

img

08-04-2009 [03:02]


Balacaların sevimli məkanı sayılan Bakı Dövlət Sirki mövsümü bağlayaraq, tətilə yollandı. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sirkindən daxil olub. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümmətovun verdiyi məlumata görə, teatr öz tamaşaçılarını bir də payızda salamlayacaq: ?Sirk yeganə mədəniyyət ocağıdır ki, hamıdan əvvəl qapılarını bağlayır. Bu teatrın ənənəsi belə qoyulub. Yay aylarında heç bir tamaşa nümayiş olunmur. Çünki sirkin tamaşaçıları əsasən, balacalardır. Məktəblər bağlandıqda isə onlar rayonlara istirahətə yollanırlar?. M.Hümmətov sirkin təmirə dayanıb-dayanmaması ilə bağlı suala da cavab verib. Bildirib ki, bu haqda son qərarı Mədəniyyət və Turizm Nazirliyi verir: ?Sirkin təmir və bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək. Bildiyimə görə, layihə artıq hazırdır. Amma təmir işlərinin nə vaxt başlanması hələ təsdiqlənməyib. Əgər sirk təmirə dayansa, başqa teatrlar kimi fəaliyyətsiz qalmayacağıq. Bilirsiniz ki, sirkin səhnəsi manejdən ibarətdir. Respublikada isə xüsusi manejlər var. Bizə verilən səhnələrdə həmin manejlər quraşdırılacaq. Mənə elə gəlir ki, bununla bağlı problem olmayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA