Ramiz və Əyyub Quliyevlər Polzada konsert verəcək

img

07-04-2009 [04:49]


Xalq artisti, tanınmış tarzən Ramiz Quliyev oğlu Əyyub Quliyevlə səfərə hazırlaşır. Quliyevlərin bu səfərdə məqsədi Polşa tamaşaçıları qarşısında konsert proqramı ilə çıxış etməkdir. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü, gənc drijor Əyyub Quliyev tərəfindən verilib. Ə.Quliyevin dediyinə görə, o, Polşanın iki böyük şəhərində olacaq: ?Birinci konsert aprelin 17-də Koşalin şəhərində baş tutacaq. Bu şəhər Polşanın Avropaya ən yaxın hissəsidir. Koşalin Danimarka və Almaniya sərhəddində yerləşən şəhərdir. Şəhər böyük tarixə malikdir. Azərbaycan musiqiçiləri ilk dəfə olaraq Koşalin Dövlət Filormoniyasında çıxış edəcək. O ki qaldı səfərə, bu onların dəvəti ilə baş tutub. Xalq artisti Ramiz Quliyev həmin konsertdə Koşalin Filormanik orkestrinin müşaiyəti ilə tanınmış bəstəkarların-Hacı Xanməmmədov və Həsən Rzayevin tar və simfonik orkestr üçün əsərlərini ifa edəcək?. Ə.Quliyev öz öhdəsində olan işlərdən də söz açdı. Konsertdə o, həm alman bəstəkarlarına drijorluq edəcək, həm də Ramiz Quliyevi müşaiyət edəcək. Ə.Quliyevin dediyinə görə, ikinci səfər aprelin 24-də baş tutacaq. ?Polşanın Çeksekova deyilən bir şəhəri var, orada mən tək iştirak edəcəm. Bu şəhər Polşanın mərkəzində yerləşir. Bilirsiniz ki, bu il bir çox bəstəkarların yubileyi keçiriləcək. Onların arasında ən məşhuru, dahi alman bəstəkarı F.Mendersonun 200 illik yubileyidir. Bu yubiley bütün dünyada olduğu kimi Azərbaycanda da qeyd ediləcək. Çox sevindirici haldır ki, həmin konserti aparmaq mənə həvalə edilib. Onlar istəsəydi Polşadan, Almaniydan drijor dəvət edərdilər. Amma bu, məhz mənə etibar edildi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA