Azərbaycanlı müğənnilərin Haaqadakı konsertində bomba həyəcanı

img

24-03-2009 [11:40]


Almaz Ələsgərli ilə gənc müğənnilər Qismət və Mehrimin Hollandiyada konsert verdikləri zala bomba qoyulması barədə məlumat daxil olub Əməkdar artist Almaz Ələsgərli və gənc müğənnilər Qismət və Mehrimin martın 22-də Hollandiyanın Haaqa şəhərində verdikləri konsert zamanı insident baş verib. Konsertin təşkilatçısı, yerli şou-biznes aləmində Avropa prodüsseri kimi tanıdığımız, "Sultan production"un rəhbəri Sultan Mustafayevin ANSPRESS-ə verdiyi məlumata görə, müğənnilər Hollandiyada çox ciddi problemlərlə qarşılaşıblar. Belə ki, konsert başlamazdan 2-3 saat əvvəl, çox sayda polis zala daxil olaraq axtarışa başlayıb. Təşkilatçı nə baş verdiyi ilə maraqlananda, polis zala bomba qoyulması barədə məlumat daxil olduğunu bildirib. Təhlükəsizliyə tam əmin olunduqdan sonra tamaşaçılar zala buraxılıb. Konsert isə təyin olunmuş vaxtdan 2 saat 15 dəqiqə gec başlayıb. Təşkilatçının sözlərinə görə, zalda bombanın aşkar olub-olmaması onlardan gizli saxlanılıb. Baş verən hadisə tamaşaçılardan gizlədilsə də, sənətçilərimiz əməlli-başlı stress keçiriblər. Qeyd edək ki, müğənnilər martın 21-də Belçikanın Brüssel şəhərində də konsert proqramı ilə çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA