Sevda Məmmədli ilə Tahir Əkbər arasındakı qalmaqal böyüyür

img

07-04-2009 [03:43]


Bir neçə gündür ki, bəstəkar Tahir Əkbərlə Sevda Məmmədli arasında qalmaqal başlayıb. Bu məsələyə aydınlıq gətirən Tahir Əkbər MİA-ya bildirib ki, həmkarı ilə arasındakı davanın kökü mətbuat səhifələrində onun adından təhrif olunan məqalə ilə bağlıdır: ?Sayəmdə Sevda Məmmədli yaxşı reklam olundu. Mən onun müəllimi olmamışam. Sevda Məmmədli bir neçə vaxt bundan əvvəl xahiş etdi ki, onu müğənnilərlə tanış edim. Mən də onu skripka çalan Ramillə tanış etdim. Xahiş etdim ki, onun bir əsərini çalsın. Ramil də sözümü yerə salmadı. Amma Sevda xanım sonradan bunu dandı. İndi də çıxıb efirdə deyir ki, guya o, məndən kiminsə telefon nömrəsini öyrənib. Xeyir, belə deyil. Sevda bu hərəkətləri ilə mənə nankor adama yaxşılıq eləməmək dərsi verdi. O, düz deyir, nankora adam yaxşılıq eləməz. Mənim bir bəstəkar kimi nankor tələbəm olmayıb. Onun Tahir Əkbərdən dərs almaq üçün minnəti olsun. Nailə Mirməmmədli hara gedirsə, məndən dərs aldığını deyir. Bu isə gör nələr deyir. Sevda bəyəm bəstəkardır? O bəstəkar deyil ki, mən ona bəstəkarlıqdan da dərs deyəydim. Sevda pianoçudur. Yaxşı olar ki, mənim adımı hallandırmasın. Əgər mənim adımı bir də hallandırsa, bu, ona baha başa gələcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA