Birləzmiz müxalifətin Apellyasiya Məhkəməsinə zikayəti təmin olunmayıb

img

06-04-2009 [07:53]


[b]?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı? və ?Respublikaçılar? təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasının 18 mart referendumu ilə əlaqədar yekun qərarından Apellyasiya Məhkəməsinə şikayəti təmin olunmayıb. [/b] ?Respublikaçılar? təşviqat qrupunun nümayəndəsi Gülağa Aslanlının sözlərinə görə, hakim Mehdi Əsədovun sədrlik etdiyi bugünkü məhkəmə prosesində onların iddiası rədd olunub. Müxalifətçilər bu qərardan Ali Məhkəməyə şikayət etməyə hazırlaşırlar: ?Bu instansiyada da şikayətimizə obyektiv baxılmayacağı təqdirdə Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi planlaşdırırıq?. MSK ötən həftə 18 mart referendumunun nəticələrini təsdiqləyib. Bununla da Azərbaycan Konstitusiyasına dəyişikliklər hüquqi qüvvəyə minib. Müxalifət təşkilatlarının təmsil olunduğu təşviqat qrupları MSK-nın referendumla bağlı qərarını obyektiv saymayaraq onun ləğvini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA