Aydın Quliyev əlverizli məqam gözləyir

img

06-04-2009 [05:15]


Baş redaktor həmin məqam çatdıqda yaradacağı siyasi partiyanı elan etmək fikrindədir Bir müddət öncə ?Bakı Xəbər? qəzetinin baş redaktoru Aydın Quliyev yeni siyasi partiya təsis edəcəyini bildirmişdi. Amma xeyli vaxt keçməsinə baxmayaraq, A.Quliyev hələ də partiyanı təsis etməyib. Görəsən, o, bu fikrindən daşınmayıb ki? Bu barədə MİA-ya (mia.az)məlumat verən A.Quliyevin sözlərinə görə, ümumi nəticəyə gəlinib ki, indiki şəraitdə ölkədə yeni siyasi partiya elan etmək üçün yetərincə siyasi mühit yoxdur: ?Ümumiyyətlə, yeni siyasi partiyanın elan olunmasına və uğurlu nəticələrinə zəmanət verə biləcək şərtlər hələki yetişməyib. Sadəcə olaraq, biz yeni siyasi partiya formalaşana qədər fəaliyyətimizi qapalı müzakirələr formasında davam etdirəcəyik?. Yeni yaranacaq siyasi partiyanın nə vaxtdan fəaliyyətə başlayacağına gəlincə, müsahibimiz bu suala birmənalı cavab verməyin çətin olduğunu deyib: ?Bu məsələ, ola bilsin ki, qarşıdan gələn seçkilər ərəfəsində reallaşsın. Həmçinin, yeni yaranacaq siyasi partiyanın adını da müəyyənləşdirmişik. Sadəcə, bunları başqa məsələlərlə birlikdə kompleks şəkildə elan etmək fikrindəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA