Ömərov-Alızanov qarzıdurması böyüyür

img

05-04-2009 [07:12]


[b]İTV-nin rəhbəri AzTV sədri postuna sahiblənmək istəyir [/b] İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun səlahiyyət müddəti başa çatdığına görə, bu vəzifəni tutmaq üçün martın 31-dən aprelin 7-dək müsabiqə elan edilib. Bu günə kimi üç nəfər baş direktorluğa namizədliyini irəli sürüb. Hələlik İsmayıl Ömərovun postunu tutmaq istəyən şəxslərin adları açıqlanmır. Maraqlısı isə odur ki, İTV-nin baş direktoru İ.Ömərovun özü bu vəzifəni yenidən tutmaq üçün hələki namizədliyini irəli sürməyib. İTV Yayım Şurasının rəhbəri Cahangir Məmmədli mətbuata açıqlamasında bunun səbəblərinin ona bəlli olmadığını deyib. Amma C.Məmmədli müsabiqənin aprelin 7-dək davam etdiyini xatırladaraq, İ.Ömərovun qarşıdakı günlərdə namizədliyini irəli sürəcəyini istisna etməyib. Müsabiqənin başa çatmasına iki gün qaldığı üçün bu məsələ daha da aktuallaşıb. Artıq mətbuatda İ.Ömərovun gecikməsinin səbəbləri ilə bağlı müəyyən mülahizələr yer alıb. Bəzi müşahidəçilər İTV-nin baş direktorunun bu addımını "taktiki gediş" kimi qiymətləndirirlər. Onların qənaətincə, İ.Ömərov ölkədə neçə nəfərin baş direktor postuna iddialı olduğunu öyrənmək üçün aprelin 7-nə kimi gözləməyə qərar verib. Adının çəkilməsini istəməyən iqtidar təmsilçisi isə "Reytinq"ə açıqlamasında bu versiyaların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, hakimiyyət dairələrində İ.Ömərovun personasına münasibət birmənalı olmadığı üçün baş direktor daha bir neçə gün gözləmək məcburiyyətində qalıb. Mənbə siyasi hakimiyyətin baş direktorun fəaliyyətindən narazı qaldığını bildirib: "İsmayıl müəllimin fəaliyyəti iqtidarı qane etmir. İTV əməkdaşlarının hazırladıqları bəzi ictimai-siyasi proqramlar rəqabətdə digər telekanallarda nümayiş olunan verilişlərə uduzur. 2008-ci il prezident seçkiləri və 18 mart referendumu zamanı İTV-nin hazırladığı təşviqat materialları hakimiyyət təmsilçilərini qane etməyib. İ.Ömərovun ayrı-ayrı nazirlik və idarə rəhbərlərinin təbliğatına xəsisliklə yer ayırması onun əleyhdarlarının sırasını daha da genişləndirib. Bu sırada YAP üzvü olan nazirlərin adlarını xüsusilə vurğulamaq olar. Baş direktor Avropa Şurasının və digər beynəlxalq qurumların, İTV-nin monitorinqini aparan yerli jurnalist təşkilatlarının qınağından çəkindiyi üçün hakim partiyanın iqtidardakı təmsilçilərinə daha az yer ayırmaq məcburiyyətində qalır". Mənbə deyib ki, İ.Ömərovun hədəfə götürülməsinin başqa səbəbləri də var. Məlumatlı şəxsin sözlərinə görə, İTV-nin baş direktorunun yeni iddialara düşməsi ona əlavə problemlər yaradıb: "İsmayıl müəllim artıq uzun müddətdir ki, AzTV sədri olmaq uğrunda mübarizəyə başlayıb. Ona elə gəlir ki, hakimiyyət Arif Alışanovun fəaliyyətindən narazı olduğu üçün ən qısa müddətdə bu telekanalda kadr dəyişikliyi edəcək. Baş direktor Arif Alışanovun postuna sahib olmaq istəyir. İTV artıq əvvəlki illərdə olduğu kimi gəlirli iş yeri sayılmır. Heç kimə sirr deyil ki, 2010-cu ildə İTV-nin dövlət büdcəsindən maliyyələşdirilməsi başa çatacaq. Bundan sonra İTV reklam gəlirləri və beynəlxalq donor təşkilatlarından aldığı qrantlar hesabına özünü maliyyələşdirməlidir. Bu isə telekanalın büdcəsinə daxil olan vəsaitin kəskin şəkildə azalmasına səbəb olacaq. Üstəlik, nəzərə almaq lazımdır ki, İTV-nin bir çox hallarda hakimiyyətin ruporuna çevrilməsi beynəlxalq təşkilatların bu telekanala münasibətini mənfi istiqamətdə dəyişib. Yəni İsmayıl müəllim 2005-2006-cı illərdə olduğu kimi təkcə Avropa Şurasından 5 milyon ABŞ dolları həcmində qrant ala bilməyəcək. Baş direktor bu təhlükəni hiss etdiyi üçün ciddi-cəhdlə Arif Alışanovun postunu ələ keçirməyə çalışır". Qəzetimizi bilgiləndirən mənbə qeyd edib ki, İ.Ömərov təkcə A.Alışanovun müqaviməti ilə üzləşməyib. Onun sözlərinə görə, AzTV-nin özəlləşdirilməsində maraqlı olan qrup da İTV baş direktoruna "müharibə" elan edib: "Avropa Şurası artıq bir neçə ildir ki, AzTV-nin fəaliyyətinin dayandırılmasını tələb edir. Əslində, bu, İTV yaranandan sonra baş verməliydi. Amma hakimiyyət AzTV kimi ciddi təbliğat tribunasını itirmək istəmədiyi üçün uzun müddətdir ki, Avropa Şurasının tələbini qulaqardına vurur. Amma son vaxtlar Avropa Şurasının Azərbaycan iqtidarına təzyiqi artırması rəsmi Bakının bir çox prinsipial tələblərdə, o cümlədən AzTV məsələsində geri çəkiləcəyini söyləməyə əsas verir. Təbii ki, hakimiyyət AzTV-nin fəaliyyətinin dayandırılması deyil, özəlləşdirilməsi barədə qərar qəbul edəcək. İsmayıl Ömərovun maddi durumu bu prosesdə iştiraka imkan verdiyi üçün onun AzTV-nin rəhbərliyinə gətirilməsi mümkün deyil". Müsahibimiz sonda qeyd edib ki, İTV-nin baş direktorunun karyerası ilə bağlı qərar sabah qəbul edəcək. O, baş direktor postuna namizədliyini irəli sürmüş şəxslərin adlarının açıqlanmamasını da bununla izah edib: "İsmayıl Ömərov baş direktor təyin ediləcəyinə 100 faiz əmin olacağı təqdirdə, namizədliyini irəli sürəcək". ?Reytinq?

Digər xəbərlər
SON XƏBƏRLƏR