Milli Məclisdə soyqırım məsələsi gündəmə gətirildi

img

03-04-2009 [07:39]


?Qısa bir müddətdə Azərbaycan xalqının məruz qaldığı soyqırımlarla bağlı iri bir muzey yaradılmalıdır?. Bu təkliflə Milli Məclisin iclasında deputat Aynur Quliyeva çıxış etdi. Onun dediyinə görə, Azərbaycanın üzləşdiyi soyqırımların bütün dünyada tanıdılıb qəbul etdirilməsi istiqamətində daim, effektiv fəaliyyət göstərmək lazımdır: ?Soyqırım qurbanları xatirinə abidə və ya muzey yaradılsın. MM olaraq bu məsələyə müdaxilə edək ki, heç olmasa bu ilin sonuna qədər soyqırım qurbanları üçün abidə hazırlansın. Bu yaxınlarda Azərbaycana gələn xarici diplomat dedi ki, Şəhdilər Xiyabanına ona görə əklil qoymayıb ki, tərəf kimi qəbul olunmasın. Əgər xarici diplomat hələ də Azərbaycanı haqlı tərəf saymırsa, deməli, gördüyümüz iş hələ də effektiv deyil?. Deputat Vahid Əhmədov da soyqırım qurbanlarından danışdı. O, həmkarlarının diqqətini il yarım əvvəl Qubada aşkarlanan məzarlığa yönəltdi. Bildirdi ki, 31 mart hadisələri nəticəsində Qubada qətlə yetirilmiş 600 insanın qalıqları müəyyənləşdirilib. Amma bu müddət ərzində yağış suları, həm də yuxarı ərazidə yerləşən evlərdən axan sular həmin məzarlığın bir hissəsinin itib-getməsinə səbəb olub: ?Oradakı evlərin köçürülməsi, yolun kənara çəkilməsi üçün maliyyə vəsaiti lazımdır. Orda bəzi adamların fədakarlığı sayəsində məzarlıq qorunub saxlanılıb. Mən mətbuat vasitəsilə Azərbaycan hökumətinə müraciət edirəm ki, heç olmasa 3-4 milyon manat ayrılsın ki, o məzarlıq abidə kimi tkilsin. Yoxsa, o 600 nəfərin ruhu bizi bağışlamaz?. Qüdrət Həsənquliyev isə qondarma erməni soyqırımından, daha doğrusu bu soyqırımın ABŞ Konqresi tərəfindən tanınması ətrafındakı son olaylardan söz açdlş BAXCP sədri dedi ki, oınun rəhbərlik etdiyi partiya da daxil olmaqla, Azərbaycanın bəzi siyasi qurumları Milli Məclisə müraciət ünvanlayıblar: ?Biz istəyirik ki, ABŞ Konqresi qondarma soyqırım məsələsindən əvvəl özünün əsrlərlə bundan əvvəl yerli aborigenlərə qarşı yeritdiyi soyqırım siyasətini yada salsın?. Q.Həsənquliyev dedi ki, ABŞ ikinci dünya müharibəsindən sonra Xirosima və Naqasaki şəhərlərinə bomba atmaqla yüz minlərlə insanı qətlə yetirib: ?Bu günə kimi bu bəşəri cinayətdən əziyyət çəkənlər, ölənlər, şikəst olanlar var. Qoy, Milli Məclis həm Yapniya parlamentinə, həm də Türkiyə parlamenti ABŞ Konqresinə müracitə etsin ki, erməni genosidindən əvvəl özlərinin törətdiyi söyqırımı müzakirə etsiblər. Yalnız bundan sonra tarixin bu və ya digər dönəmində baş verən hadisələrə hüquqi və siyasi qiymət versinlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA