????, ???, ?????? verilizinin bahar sessiyasına aprel ayında start veriləcək

img

03-04-2009 [04:52]


Aprel ayının 3-dən etibarən ?AtaHoldinq? ASC-nin baş sponsorluğu ilə ????, ???, ?????? oyunlarının bahar sessiyasına start veriləcək. Bahar sessiyasında Tahir Musayev, Anar Nəcəfli və Cəlal Orucovun komandaları rus dilində, Teymur Seymurovun komandası Azərbaycan dilində oynayacaq. Bahar sessiyasında ?AtaHoldinq? ASC, ?AtaSığorta? və ?AtaBank? ASC tərəfindən bilicilərə və teletamaşaçılara pul ödənişləri və sığorta paketləri təqdim olunacaq. Oyunlarda ?AtaBank? ASC tərəfindən teletamaşaçılara təqdim olunan pul mükafatlarının ödənişlərində yeniliklər olacaq. 2009-cu ilin bahar sessiyasında qalib gəlmiş teletamaşaçıların ödəniş sistemi əvvəlki illərdən fərqli olaraq yeni sistemlə veriləcək. Yeni sistemə əsasən birinci qalib gəlmiş teletamaşaçıya 100 AZN, ikinci qalib gəlmiş teletamaşaçıya 200 AZN və hər növbəti sualda qalib gəlmiş teletamaşaçılara əvvəlki ödənilmiş məbləğin üzrəinə 100 AZN əlavə edilməklə kart təqdim olunacaq. Qeyd edək ki, bu sistem Moskva şəhərində keçirilən ????, ???, ?????? oyunlarında da teletamaşaçılara eyni sistemlə pul ödənişi edilir. 2009-cu ilin bahar sessiyasında ?AtaSığorta? ASC də teletamaşaçıları yeni sistemlə sığortalayacaq. Yeni sistemə əsasən oyunlarda hər beşinci iştirak edən teletamaşaçı 5+150 AZN məbləğində, yəni 155 AZN məbləğində sığortalanacaq. Oyunda teletamaşaçıların xeyrinə xal gətirən sualın müəllifi 155 AZN məbləğində pul mükafatı qazanacaq. Həmçinin, final oyunda ?AtaSığorta? ASC nümayəndəsi tərəfindən seçilən ən yaxşı sualın müəllifi dəyəri 55 000AZN-dən yuxarı olan 5+ sığorta paketi ilə sığortalanacaq. Oyunlar 03 aprel 2009-cu il tarixindən etibarən hər cümə günləri efirə gedəcək. ????, ???, ?????? oyununa sual göndərmək istəyən tamaşaçılar suallarını ?AtaBAnk? ASC-nin paytaxt və rayonlarındakı filial və şəbəkələrinə, eləcə də www.gametv.az internet səhifəsindən göndərə bilərlər. ?AtaHoldinq? ASC kollektivi komanda oyunçularına və teletamaşaçılara bahar sessiyasında uğurlar arzulayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA