Cəmilə özünü zou-biznesin nənəsi sayır

img

12-04-2009 [08:36]


[b]"Seksual nənə" həmkarlarını soyunmağa dəvət edir [/b] Son vaxtlar az-az görünən "Elit-star" Cəmilə ilə tədbirlərin birində rastlaşdıq. Müğənni "Planet Parni iz Baku" KVN Teatrının son konsertində seksual nənə kimi təqdim olunmasına belə münasibət bildirdi: "Təxminən 3 il öncə idman zalında məşq zamanı məndən xəbərsiz çəkilən şəkli indiyədək əleyhimə istifadə edirlər. Açığı, mən soyunmağın əleyhinə deyiləm, amma yaşım 40-ı keçib, ancaq yatanda soyunuram. 25-30 yaşım olsaydı, bəlkə də açıq-saçıq şəkil çəkdirərdim. Məncə, gözəlliyi göstərmək eyib deyil. Kim özünə arxayındır, soyunub şəkil çəkdirə bilər. Bəzən məni geyim tərzimə görə qınayırlar, başa düşmürlər ki, bu mənim imicimdir. Mən heç vaxt dəyişməyəcəyəm. 80 yaşım olsa da, belə olacağam. Mən Azərbaycan üçün 20 il tez doğulmuşam. Özümə super baxıram, bəziləri kimi piylərimi əritməklə formaya düşmürəm. Mənə qarşı paxıllıq var, amma vecimə deyil. Azərbaycan şou-biznesində ən gənc, ən bərkgedən nənə mənəm. Qoy bəzi "mənəm-mənəm" deyən subay müğənnilərimiz "papa", "mama" olsunlar, övladlarını böyüdüb mənim yaşıma çatsınlar, görərik, necə qalacaqlar. Mənim 3 nəvəm var, bununla fəxr duyuram. Heç imicmeykerim də yoxdur, hər şeyi özüm edirəm. Öz zövqümə nə gəlib? Stilistlər qələt edir, gəlsinlər, onlara dərs keçim. Pisəm, yaxşıyam - buyam. Kim necə qəbul edir, özü bilər". Qəzetimizin ötən saylarından birində qeyd etmişdik ki, Cəmilə xanımın 3 il öncə bəstəkar Şəfiqə Axundovanın "Nədən oldu" mahnısına iblisanə klip çəkdirməklə işləri tərs getməyə başlayıb. Sənətçi bununla bağlı da açıqlama verdi: "Klipin neqativ elementləri mənə yalnız 3 ay öncə məlum oldu. Bir baxıcının təklifi ilə klipi fonotekamdan çıxardım və bundan sonra işlərim yenidən öz axarına düşdü". --------

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA