Müxalifət liderləri Almaniyanın xarici izlər nazirinin müavini ilə görüzüblər

img

02-04-2009 [08:56]


[b]Bu gün müxalifət liderləri Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Almaniyanın xarici işlər nazirinin müavini Qetron Erlerlə görüşüblər. [/b] Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) məlumat verən ADP sədri Sərdar Cəlaloğlu deyib Ki, iki saat yarım çəkən görüşdə əsasən Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb: ?Biz Qarabağla bağlı öz mövqeyimizi çatdırdıq. Onlar da Qarabağ məsələsi ətrafında gedən proseslərlə bağlı bizə geniş məlumat verdilər?. Referendumun nətijələri ilə bağlı qonaqların mövqeyinə gəlincə, Sərdar bəy ?Biz referendumla bağlı fikirlərimizi bildirdik, boykot yolunu tutmağımızın səbəblərini açıqladıq. Onlar isə sadəcə qulaq asırdılar və bizim arqumentlərimizin nə qədər dəqiq, nə qədər obyektiv, nə qədər yetərincə olduğunu gördülər. Təbii ki, onlar ölkədaxili məsələlərə hətta mimika ilə münasibət bildirmirlər?- dedi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA