Azərbaycanda keçirilən Muğam Festivalı böyük qalmaqalın əsasını qoyub

img

02-04-2009 [06:19]


[b]Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalı başa çatsa da, tədbir barəsində dedi-qodular səngimək bilmir. Deyilənə görə, buna səbəb müsabiqənin münsiflər heyətidir. Müstəqil İnformasiya Agentliyinə (MİA) verilən məlumata görə, musabiqənin münsiflər heyətinə üzvlər seçilərkən ədalətsizliyə yol verilib.[/b] Məlumat üçün bildirək ki, ?Muğam-star? müsabiqəsini öz adı ilə bağlayan Azərabycan televiziyasının Musiqili Verlişlər Departamentinin rəhbəri Nadir Axundov Beynəlxalq Muğam Müsabiqəsinin münsiflər heyətində görünmədi. Deyilənə görə, o, Heydər Əliyev Fondunun göstərişi ilə heyətdən uzaqlaşdırılıb. Eyni zamanda xalq artisti Mənsum İbrahimov da münsiflər heyətindən kənarda qalmalıymış. Onların yerini isə Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, İncəsənət və Mədəniyyət Universitetinin Muğam kafedrasının müdiri Canəli Əkbərov tutmalıymış. Məlumata görə, hətta Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri Fərəh xanım şəxsən Canəli Əkbərovu nazirliyə dəvət edərək, onu bu festivalda münsiflər heyətində təmsil olunması ilə bağlı xəbərdar edib. Festivalın şərtlərinə görə 7 əsas müğam ifa olunmalıymış. Həmin muğamlar tanınmış sənət adamları-Canəli Əkbərov ?Rast?, Ağaxan Abdullayev ?Zabul-segah?, Səkinə İsmayılova ?Humayın?, Nuriyyə Hüseynova ?Şüştər?, Zabit Nəbizadə ?Şur?, Alim Qasımov ?Çahargah?, Mələkxanım Əyyubova isə ?Bayatı-şiraz? oxumalıymış. Amma festival günü münsiflər heyətində Canəli Əkbərovu başqası əvəz edib. Məsələ ilə bağlı xalq artisti Canəli Əkbərovla əlaqə saxladıq. Xanəndə bildirdi ki, onu münsiflər heyətindən Mənsum İbrahimova görə kənarlaşdırıblar: ?Səyavuş Kərimi kimdir? Oranjimançı? Müğənnilərin çatmayan notlarını oranjimanında hay-küylə əvəzləyirdi. 800 dollara mahnı alveri edirdi. İndi o, birdən-birə gəlib beynalxalq muğam festivalında sədr olub, Canəli Əkbərovu musabiqədən uzaqlaşdırdı? Muğamın ağır yükünü mən çiyinlərimdə gəzdirəndə Siyavuş hardaydı? Sənəti atıblar bir tərəfə, regionçuluqla məşğuldurlar. Bu, eqoizim, şovinzmdir. Heydər Əliyev Fondunun rəhbəri bu oyundan xəbərsizdir. Mən bunları Mehriban xanım Əliyevaya deyəcəm. Dövlətimə vicdanlı vətəndaş kimi xidmət edən bir sənətkaram. Mənim Siyavuşdan nəyim əskikdir? Bayaqdan hamı təqsiri Nadir Axundovun üstünə atırdı, bəs indi? Kimi dindirirsən, günahı Bəstəkarlar İttifaqı, Heydər Əliyev Fondu və nazirliyin üstünə atır. Sanki mən uşağam. Xalqın sənətkarını bu qədər də alçaldarlar? Məni yandıran odur ki, Azərbaycan milli musiqisi yolunda heç nə edə bilməyən Siyavuş Kərimi məni əvəzləyib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA