Musiqili Komediya Teatrında üç əsər üzərində məzq gedir

img

09-04-2009 [03:49]


[b]Afaq Bəşirqızı ilə Valeh Kərimov bu dəfə ?İddialı qaraçı?da tərəf müqabili olacaqlar [/b] Musiqili Komediya Teatrında qızğın məşq prosesi başlayıb. Teatr eyni vaxtda üç əsərə müraciət edib. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə teatrdan daxil olub. Verilən məlumata görə, bir neçə aydır üzərində məşqlər gedən Əziz Nesinin ?Öldür məni əzizim? əsərinin məşqləri artıq yekunlaşmaq üzrədir. Qeyd edək ki, sözügedən tamaşanın musiqisi bəstəkar Sərdar Fərəcova məxsusdur. Tamaşa yaxın günlərdə teatrsevərlərin ixtiyarında olacaq. Kollektivin müraciət etdiyi digər əsər dahi bəstəkar Üzeyir Hacıbəyovun ?Arşın mal alan? operettasıdır və təqdimatı may ayına planlaşdırılıb. Üçüncü əsər isə ?İddialı qaraçı? adlanır. Emri Kalmanın əsəri əsasında səhnələşdirilən tamaşada Azərbaycanın xalq artistləri Afaq Bəşirqızı ilə Valeh Kərimov tərəf müqabili olacaqlar. Bu əsər mövsümün sonuna kimi təhvil verilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA