?Muğam aləmi? Beynəlxalq festivalının rəsmi açılız mərasimi olub

img

21-03-2009 [01:12]


Açılışda prezident İlham Əliyev və ailəsi,YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən gələn qonaqlar iştirak ediblər Martın 20-də Beynəlxalq Muğam Mərkəzində ?Muğam aləmi? Beynəlxalq festivalının rəsmi açılış mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar iştirak ediblər. Qeyd edək ki, festival YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilir. Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondu festivala dəstək verir. Beynəlxalq festivalın prezidenti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. Festival martın 25-dək davam edəcək. ?Muğam aləmi? festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunur. Festival çərçivəsində elmi simpozium keçirilib. Bundan başqa, muğam ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, müxtəlif konsertlər də təşkil ediləcək. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koişiro Matsuura və digər qonaqlar mərkəzdə təşkil edilmiş qədim musiqi alətləri sərgisi ilə də tanış olublar. Burada Beynəlxalq muğam festivalında iştirak edən ölkələrin musiqi alətləri nümayiş etdirilir ki, bu da həmin ölkələrin mədəniyyəti, o cümlədən muğam sənəti barədə geniş təsəvvür yaratmağa imkan verirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA