AMiP referendumun nəticələri ilə bağlı mövqeyini müəyyənləzdirməyib

img

28-03-2009 [07:49]


[b]Əli Orucovun sözlərinə görə, partiya referendumun nəticələrinə qiymət verməyə tələsmir[/b] Azərbaycan Milli İstiqlal Partiyası (AMİP)18 mart referendumu ilə bağlı hələki mövqeyini açıqlamayıb. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə (MİA) açıqlama verən AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov referendumun nəticələri ilə bağlı müzakirələrin aparılmadığını deyir. Ə.Orucovun sözlərinə görə, referendum kampaniyasında təşviqat qrupu kimi fəaliyyət göstərmədikləri üçün nəticələrə qiymət verməkdə çətinlik çəkirlər: ?Bildiyiniz kimi, biz prosesdən bir qədər kənarda qalmışdıq. Ona görə də bu məsələ bir qədər ləngidi. Açığı həm də araya bayramlar düşdü, ona görə də bu qiymət verilmədi. Eyni zamanda onu da deyim ki, referenduma verəcəyimiz qiymət ancaq siyasi məna daşıya bilər. Hesab edirəm ki, qiymət verməmişdən öncə maraqlı tərəflərin mövqelərini, rəylərini təhlil etmək lazımdır. Bu baxımdan düşündük ki, tələsməyə ehtiyac yoxdur. Hər halda gələn həftə yəqin ki, partiyanın yuxarı qurumları məsələni müzakirə edib, öz qiymətini verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA