iradə ibrahimova Türkiyədə yazayan azərbaycanlı iz adamına ərə gedir

img

19-03-2009 [06:08]


Toy aprelin 5-də Bakıda olacaq Müğənni İradə İbrahimovanın ailə həyatı quracağı barədə xəbərlər medianın əsas mövzularından birinə çevrilib. Bu barədə son aylar yayılmış qeyri-dəqiq informasiyaları təkzib edən İradə İbrahimova, eyni zamanda şəxsi həyatını gündəmə gətirməmək prinsipinə əməl edib. Xatırladaq ki, mətbuat səhifələrində müğənninin toyunun aprelin 28-ə təyin olunduğu və bu cür başqa yanlış xəbərlər yer almaqda davam edir. Doğru xəbəri mətbuat işçiləri ilə bölüşmək niyyətində olan İ.İbrahimova mətbuat katibi vasitəsi ilə şad günü ilə bağlı açıqlama yayıb. Müğənninin mətbuat əlaqələndiricisi Zəminə Rəhimqızının Lent.az-a verdiyi xəbərinə görə, İradə İbrahimova aprelin 5-də ailə həyatı quracaq və onun toy mərasimi paytaxt restoranlarının birində keçiriləcək. Müğənni əslən azərbaycanlı olan və Türkiyədə yaşayan iş adamı ilə nikaha girir. İradə xanım gələcək həyat yoldaşının onun sənətinə hörmətlə yanaşdığını və bundan sonrakı fəaliyyətində dəstəkləyəcəyini bildirib. Şəxsi həyatı ilə bağlı geniş danışmaq istəməyən müğənni mətbuat katibi vasitəsi ilə KİV nümyəndələrini daha bir məsələ barədə məlumatlandırıb: ?Toyda media və televiziya mənsublarının foto və video çəkilişlərinin aparılması nəzərdə tutulmayıb. Bu, qonaqların özlərini rahat hiss etməsi zərurətindən yaranıb. Lakin toydan bir neçə gün sonra onlara lazımı materiallar təqdim ediləcək?. Müğənni sonuncu açıqlamasına 4-cü hakimiyyətin hörmətlə yanaşacağına inanır. Lent.az-ın əldə etdiyi məlumata görə, müğənni toydan sonra həyat yoldaşının işinə görə İstanbulda yaşayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA