SƏMƏD SEYiDOV: ?BUNLAR iSƏ BiZƏ SiYASI MƏHBUSLAR üZRƏ MƏRUZƏçi TƏYiN EDiRLƏR?

img

19-03-2009 [05:29]


?Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib-etməyəcəyi məlum deyil. Biz bu məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik?. ?Media forum? saytının məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov martın 19-da jurnalistlərə açıqlamasında deyib. S.Seyidov bildirib ki, Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçinin təyin olunması məsələsi AŞPA-nın İnsan Haqları Komitəsinin martın 23-24-də Berlində keçiriləcək iclasında müzakirə ediləcək: ?Əgər komitə xüsusi məruzəçi təyin etsə, bu, qeyri-obyektiv qərar olacaq. Azərbaycan xüsusi məruzəçinin təyin olunmasından heç nə itirməyəcək. Ancaq komitə belə bir qərra qəbul etsə, öz imicinə zərbə vuracaq və Azərbaycanla Avropa Şurası arasında münasibətlərə mənfi təsir göstərəcək?. Martın 17-də Milli Məclisin verdiyi amnistiyanın icrası başa çatandan sonra Azərbaycanda hər 100 min vətəndaşa düşən məhbusların sayının 188 nəfərə enəcəyinin xatırladan S.Seyidov bildirib ki, bu, Şərqi Avropa ölkələrinin göstəricilərinə çatmaq deməkdir: ?Bunlar isə bizə siyasi məhbuslar üzrə məruzəçi təyin edirlər. Bu ən azı gülməli görünür. Azərbaycanda siyasi məhbus yoxdur?. Nümayəndə heyətinin rəhbəri amnistiyanın siyasi məhbuslar üzrə məruzəçinin təyinatı məsələsinə necə təsir etdiyinə dair sualı cavablandırmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA