Beynəlxalq Muğam Simpoziumunun açılızı oldu

img

18-03-2009 [05:14]


Tədbirdə Beynəlxalq Muğam Festivalının Prezidenti Mehriban xanım Əliyeva da iştirak edib Martın 18-də Milli Azərbaycan Tarix Muzeyində Beynəlxalq Muğam Festivalı çərçivəsində elmi simpoziumun açılışı olub və plenar iclas keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Beynəlxalq Festivalın Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da iştirak edib. Simpoziumu giriş sözü ilə açan M.Əliyeva festivalın muğam adlı nadir incinin qorunması işinə təkan verəcəyini və mədəniyyətlərarası dialoqun inkişafına xidmət göstərəcəyini deyib: ?Əminəm ki, muğama həsr olunan sanballı müzakirələr, klassik və simfonik muğamların gözəl ifaları, parlaq çıxışlar, məşhur musiqiçilərin konsertləri qədim və həmişəyaşar muğam sənətinin bütün zənginliyini nümayiş etdirməklə, festival proqramını həm rəngarəng, həm də unudulmaz edəcək?. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov da çıxış edib. Simpoziumun ilk günündə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti Ramiz Söhrabov ?Azərbaycan muğam dəstgahlarının kompozisiya quruluş xüsusiyyətlərinə dair? məruzə ilə çıxış edib. Simpoziumda ənənəvi muğam musiqisi üzərində köklənən xarici musiqilər səslənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA