Zülfiyyə Xanbabayeva məhkəməyə verilir

img

28-03-2009 [10:22]


[b]Türkiyəli həmkarı Meral Konrat xalq artistinin onun hüquqlarını pozduğunu deyir [/b] Estradamızın xanım-xatunluğu ilə seçilən müğənnisi, xalq artisti Zülfiyyə Xanbabayeva həmişə qalmaqallardan uzaq olmağa çalışıb. Amma atalar yaxşı deyib: "Sən saydığını say, gör fələk nə sayır". ANS telekanalının "Bağlama" verilişinin növbəti çəkilişi zamanı Türkiyənin tanınmış aktrisası Meral Konratın Zülfiyyə Xanbabayevanı məhkəməyə verməyə hazırlaşması açıqlandı. Xatırladaq ki, Meral Konrat "Təhminə və Zaur" filmində baş qadın rolunu ifa edib. İki qardaş ölkənin sənətçiləri arasında münaqişə də bu mövzu ətrafında yaranıb. İki il öncə Z.Xanbabayevanın "Mənimsən" klipinin çəkilişinə dəvət alan müğənni aldadıldığını bəyan edir: "Rejissor Ramiz Fətəliyev və vaxtilə tərəf müqabilim olan, çox hörmət etdiyim aktyor Fəxrəddin Manafov zəng edərək məni "Təhminə və Zaur"un 2-ci seriyasının çəkilişinə dəvət etdilər. Onlar ilk öncə filmlə bağlı tanıtım kadrları çəkiləcəyi, 3 ay sonra isə çəkilişlərə start veriləcəyini bildirdilər. Bakıya gələndə isə Zülfiyyə xanımın mahnısının filmdə səslənəcəyi bəhanəsi ilə məni çəkilişlərə cəlb etdilər. Bu çəkilişlərdən bir müddət sonra efirə klip çıxdı, amma film haqda səs-səmir 1 il keçəndən sonra da gəlmədi. Fəxrəddin bəyə, Zülfiyyə xanıma nə qədər zəng etdimsə, dəstəyi götürmədilər. Onlar yol və digər xərclərimi ödəsələr də, çəkiliş haqqımı, yəni qonorarımı vermədilər. Mən Bakıya hansısa müğənninin klipində çəkilmək üçün gəlmədim. Bəlkə də hörmət xətrinə bunu edə də bilərdim, amma aldanıldım. Klipin təşəbbüsü Zülfiyyə xanıma məxsusdur. Buna görə də ilk növbədə onu məhkəməyə verəcəyəm". Xalq artisti Zülfiyyə Xanbabayeva isə məsələyə öz mövqeyini belə bildirdi: "Meral Konrata lazım olan bütün məsrəfləri, o cümlədən qonorarını ödəmişəm. O, klipdə çəkiləcəyini də öncədən bilirdi". Rejissor Ramiz Fətəliyev də türk aktrisasının qonorarının ödənildiyini deyir. Fəxrədddin Manafov isə ölkə xaricində olduğundan, onunla əlaqə saxlamaq mümkün olmadı və Meral Konratın qonorarının mənimsənilməsi ilə bağlı şübhələr onun üzərinə düşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA