SƏSVERMƏSiNiN NƏTiCƏLƏRi AZƏRBAYCANIN GƏLƏCƏYi üçüN ÖNƏMLi OLACAQDIR

img

18-03-2009 [03:24]


Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsində seçicilərin fəallığı 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində də hiss olunurdu. İlk saatlarda siyahıdakı seçicilərin iyirmi faizə qədəri səsvermədə iştirak etmişdi. Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev də bu məntəqədə səs vermişdir. Ümumxalq səsverməsinə hazırlıq işlərini yüksək qiymətləndirən İcra Aparatının rəhbəri demişdir: ?Referendumun keçirilməsi ilə bağlı çox böyük hazırlıq işləri görülmüşdür. Təşviqat qruplarının nümayəndələri bütün rayonlarda çoxsaylı görüşlər keçirmiş, təbliğat işi aparmışlar. Deyə bilərəm ki, əhalinin əksər hissəsi bu referendumun mahiyyətini artıq başa düşmüşdür. Bilirlər ki, bizim ilk Konstitusiyamız 1995-ci ildə qəbul olunmuşdur və o vaxtdan artıq 14 il keçir. Ötən dövrdə Azərbaycanda çox böyük dəyişikliklər, inkişaf olubdur. Bir halda ki, dəyişikliklər və inkişaf baş vermişdir, deməli, Konstitusiya da həmin dəyişikliklərə cavab verməlidir. Referendum məhz buna görə keçirilir. Hesab edirəm və gələn məlumatlar da bunu təsdiq edir ki, əhali çox fəal surətdə məntəqələrə gələrək, münasibətini bildirir. Güman edirəm və buna heç şübhə yoxdur ki, referendum baş tutacaq və onun nəticələri Azərbaycanın gələcəyi üçün önəmli amil olacaqdır?. Məntəqə Seçki Komissiyasının sədri Bədayə Ramazanova müxbirimizə bildirmişdir ki, siyahı üzrə məntəqənin əhatə etdiyi ərazidə yaşayan 1446 seçici səs verməlidir. İlk saatlardan görürük ki, səsvermə fəal keçir. Ərazidə yaşayan ahıl və xəstə seçicilər də əvvəlcədən müəyyən olunmuş və onların evlərinə səyyar qutu göndərilmişdir. 9 nəfər gənc isə ilk dəfə səsvermədə iştirak etmişdir. 7 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici müşahidəçilər də izləmişlər. Yerli müşahidəçilər arasında ?Zəka? və ?Şəhər? təşviqat qruplarının nümayəndələri də var idi. Onlar bildirmişlər ki, səsvermə normal keçir və heç bir pozuntu qeydə alınmamışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA