MSK referendum öncəsi son iclasını keçirdi

img

17-03-2009 [06:54]


Məzahir Pənahovla Osman Kazımovun dialoqu iclasdan çox vaxt apardı Mərkəzi Seçki Komissiyasının (MSK) referendum öncəsi sonuncu iclası keçirilib. Lent.az-ın xəbərinə görə, iclasda MSK-nın 2 mart 2009-cu il tarixli iclas protokolu təsdiqlənib. Daha sonra bəzi dairə seçki (referendum) komissiyalarının tərkibində dəyişiklik edilib. Daha sonra ?Qarabağ və Respublika Uğrunda Hərəkat? referendum üzrə təşviqat qrupunun MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Ənvər Əliyev və ?Respublikaçılar? referendum üzrə təşviqat qrupunun MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Osman Kazımovun çıxışları dinlənilib. O.Kazımovla MSK sədri Məzahir Pənahovun dialoquna MSK-nın gündəliyində duran məsələlərə ayrılmış vaxtdan çox zaman sərf olunub. O.Kazımov təmsil etdiyi təşviqat qrupunun nümayəndələrinə qarşı bir sıra qanun pozuntularının olduğunu iddia edib. M.Pənahov isə onun iddialarının bir qismini qəbul etməyib, digər qisminin isə araşdırıldığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA