VAMPiRLƏR HƏQiQƏTƏN OLUBMU?

img

15-03-2009 [07:47]


İtalyan arxeoloqların şok tapıntısı Reuters agentliyinin verdiyi xəbərə görə İtaliyanın Florensiya Universitetinin arxeoloqları qazıntı zamanı qadın cəsədinin qalıqlarını aşkarlayıblar. Görünür, qadını basdıranlar onu vampir hesab ediblər. Qəbir Venesiyanın Lazzaretto Nuovo adlı kiçik adasında aşkar olunub. Bu qəbrin XVI əsrə Venesiyada vəba xəstəliyinin tüğyan etdiyi vaxtda təsadüf olunduğu etimalı var. Qadının ağzında daş aşkarlanıb. Həmin vaxtın inanclarına görə epidemiya qurbanlarını bu vampir qadının hücumundan qorunmaq məqsədini daşıyıb. Antropoloq Matteo Borrinin dediyinə görə İlk dəfədir ki, arxeoloqlar ekzortizm ritualının təsdiqinə dair əyani material əldə ediblər. O, ümüd edir ki, bu yeni tapıntı vampir mifinin tarixcəsinə yenilik gətirəcək. Vampir mifinin yaranması birbaşa Avropada XIV-XVIII əsrlərdə vəba epidemiyası ilə bağlıdır. Məsələ bundadır ki, vəbadan ölənlər adi qaydada bastırılmayıblar. Belə adamların qəbri açılanda cəsədin piyinin şişdiyi və tüklərin hələ də çıxması müşahidə olunurdu. Bu da o zamanın adamlarında həmin ölülərin hələ də yaşaması təssəvürünü və inamını formalaşdırmışdı. Vəba bakteriyası həm də basdırılan ölünün üzünə çəkilmiş parçanı yeyib, dağıdırdı. Ona görə də vampirləri həm də "kəfənyeyənlər" adlandırırdılar. Matteo Borrini hesab edir ki, vampirin ağzına qoyulan daş bu cür kəfən yemənin və insanlara hücumun qarşısını ala bilərmiş. Venesiya abidələrinin bir çoxu məhz vəba epidemiyası ilə bağlıdır. Venesiyayılar epidemiya ilə mübarizə aparmaq üçün müqəddəs Roxanın gücünü oğurlayırlar. 1515-ci ildə bu olayın şərəfinə San-Rokko kilsəsi inşa edilmir. Santa-Maria-della-Salute - müqəddəs Ana Məryam , yaxud müqəddəs Şəfaverici Məryam kilsələri XVII əsridəki vəba epidemiyasından sonra tikilmişdir. Müqəddəs Məryəm insanlar epidemiyadan qurtulmağa kömək etsə, onun şərəfinə nəhəng məbəd inşa olunacağına and içilib. Və epidemiya qəribə tərzdə söndü və dayandı. Venesiyada isə bu qurtuluşa görə Salute məbədi inşa olundu. Həmin məbəd Venesiya memarlığında sonuncu möhtəşəm yaradıcılıq nümunəsi oldu. www.itv.az

Digər xəbərlər
SON XƏBƏRLƏR