AVROPA DA AZƏRBAYCANDA DEMOKRATiYANI SATIB

img

16-03-2009 [12:43]


Alman ?Rheinischer merkur? həftəliyi referendumu şərh edir Almaniyanın ?Rheinischer Merkur? adlı həftəlik nəşri Azərbaycanda gələn həftə keçiriləcək və eyni şəxsin məhdudiyyətsiz prezidentliyini təmin edən referendumu şərh edib. Həftəliyin məqaləsində deyilir ki, bu referendumda prezident İlham Əliyev özünü hakimiyyət başında uzun illər saxlamaq niyyətindədir. ?İlham Əliyevin idarəetmə stili onun 2003-cü ildə hakimiyyətə gəlişindən dərhal sonra aydın idi. ATƏT müşahidəçilərinin azad və ədalətli hesab etmədiyi seçkilərdən sonra Bakıda etiraz nümayişləri keçirildi və hakimiyyət qüvvələri ilə toqquşmalar zamanı 2 nəfər öldü, onlarla adam ağır xəsarət alacaq dərəcədə döyüldü, çoxları dəmir barmaqlıqlar arxasına düşdü?, - deyə məqalədə bildirilir. ?Rheinischer Merkur? yazır ki, bütün bunlara baxmayaraq ABŞ və Avropa İttifaqı Azərbaycanda insan haqları və demokratiya normalarının pozulmasını çox ehtiyatlı tənqid edirlər. Bunun səbəbləri odur ki, Qərbin neft şirkətləri Azərbaycanda işləyir, bu səbəbdən Bakıdakı hakimiyyət avtoritar olsa da, Qərblə yaxşı münasibətlərə malikdir. Eyni zamanda Vaşinqton üçün İran və Rusiya ilə həmsərhəd olan Azərbaycanın geosiyasi əhəmiyyəti böyükdür. ?Qərbdən Azərbaycanda baş verənlərə yüksək səslə etiraz ancaq o zaman edildi ki, ötən ilin sonlarında hakimiyyət BBC, ?Azadlıq? və ?Amerikanın səsi?nin yayımını qısa dalğada dayandırdı. ?Sərhədsiz reportyorlar? təşkilatının hesabatına görə Azərbaycan mətbuat azadlıqları sahəsində dünyada 150-ci yerdədir?, - deyə məqalədə bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR