ƏLi MiRƏLiYEVi iFLiC VURUB

img

14-03-2009 [01:36]


"Sol qolum işləmir, ağzım əyilib..." "Məni şou-biznes nümayəndələrinin qarğışı tutdu" Şou-biznes nümayəndələrinin qəniminə çevrilən müğənni Əli Mirəliyevi, deyəsən, həmkarlarının qəzəbi tutub. Bir neçə gün əvvəl o, insult keçirib. Səhhətinin ağır olduğunu bildirən Əli Mirəliyev hazırda həkim nəzarətində olduğunu dedi: "Evdə müalicə olunuram. Vəziyyətimi qənaətbəxş hesab etmək olmaz. Sol qolum işləmir. Ağız nahiyəmdə bir qədər əyrilik hiss olunur və bunun nəticəsində sərbəst danışa bilmirəm. Sizə, ailə üzvlərimə, həkimə fikrimi aydın şəkildə çatdıra bilmirəm". Əli Mirəliyev çəkinmədən deyir ki, onu şou-biznes nümayəndələrinin, xüsusən də tənqid hədəfinə çevirdiyi sənətçilərin qarğışı tutub: "Ünvanıma o qədər "dili tutulsun" dedilər ki, qarğışları ayaq açıb yeridi. Amma əvvəlki günə nisbətən vəziyyətim bir qədər yaxşılaşıb. Həkimlər yaxın bir ay ərzində yaxşılaşacağımı proqnoz edirlər. Özüm də xəstəliklə mübarizə aparmağa çalışıram". Sözünün sonunda Əli Mirəliyev səhhətinin ağır olmasına baxmayaraq tənqidi fikirlərini lazımi məqamlarda söyləyəcəyini bildirdi: "Mən sənətçiləri, xüsusilə də gəncləri səbəbsiz tənqid etmirəm. Sadəcə, onlar tənqidi qəbul edib, nəticə çıxarmaq istəmirlər". // Ayna

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA