Muğam aləmi? beynəlxalq elmi simpozium keçiriləcək

img

14-03-2009 [02:22]


18-25 mart 2009-cu il tarixlərində Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Beynəlxalq muğam festivalı keçiriləcək. AR Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə keçiriləcək tədbir Bakı şəhərinin 2009-cu il İslam mədəniyyətinin paytaxtı elan edilməsi münasibətilə nəzərdə tutulan tədbirlər çərçivəsində qeyd olunacaq. Festival çərçivəsində 18-20 mart tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində ?Muğam aləmi? beynəlxalq elmi simpozium da keçiriləcək. Simpoziumun təşkili üzrə komissiyanın həmsədri AMEA-nın vitse-prezidenti, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır. Tədbir çərçivəsində plenar və beynəlxalq simpoziumun seksiyalar üzrə iclasları keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 20-dən artıq alimin dəvət oluduğu simpoziumun keçirilməsində məqsəd müasir dövrdə muğam sənətinə diqqət və qayğının artırılması, muğam fəlsəfəsi, peşəkar musiqi ifaçılığının, muğamın təbliği, tədrisi və transmissiyası, müasir dinləyici mədəniyyətinin formalaşdırılması problemləri, klassik musiqi irsinin qorunması məsələrinə diqqət yetirməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA