?Dağlıq Qarabağ münaqizəsinin həlli səbr tələb edir?

img

13-03-2009 [08:09]


Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Manuçöhr Mottaki belə deyib ?İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yardımçı olmağa hazırdır. Bu munaqişənin həlli, vaxt və səbr tələb edir. Bu, regiondakı ölkələrin maraqlarındadır?. Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Mənuçöhr Mottaki həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında belə deyib. ?Novosti-Armeniya? agentliyinin məlumatına görə, Mottaki ölkəsinin sabitlik və əmin-amanlığın yaradılmasına yardım edə biləcəyinə ümid etdiyini bildirib. Edvard Nalbandyanla görüşdə Dağlıq Qarabağ munaqişəsinin tənzimlənməsində son inkişafı müzakirə edən İranın xarici işlər naziri rəsmi İrəvanın bu məsələdə mövqeyi ilə tanış olub. Bundan başqa, Monuçöhr Mottaki bir neçə gün əvvəl Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdüyünü xatırladıb. Görüşdə Qarabağ məsələsinə toxunduqlarını deyən, Mottaki bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı sammitinin sonunda imzalanmış Tehran bəyannaməsində təşkilata üzv ölkələrin ərazilərindəki mövcud münaqişələrin ancaq sülh yolu ilə həll olunması qeyd olunan müddəa var və o sənədə Azərbaycanda da imza atıb./ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA