TüRKiYƏ-ERMƏNiSTAN SƏRHƏDLƏRi AçILIR

img

13-03-2009 [03:45]


Yaxın bir ay ərzində saziş imzalanacaq Türkiyə prezidenti Abdullah Gülün futbol diplomatiyası ilə sürətlənən Türkiyə - Ermənistan münasibətlərində yeni mərhələ başlayacaq və iki ölkə arasında aprelin 24-dək saziş imzalanacaq. Türkiyə mətbuatının verdiyi xəbərə əsasən, sənəddə iki ölkə arasında sərhədlərin açılması, ticarətin başlanması və 1915-ci il hadisələrinin ortaq tarix komissiyası tərəfindən araşdırılması nəzərdə tutulub. Türkiyəli qaynaqlar hesab edirlər ki, bu anlaşma ilə Türkiyə dövləti ABŞ prezidenti Barak Obamanın aprelin 24-də edəcəyi çıxışında 1915 hadisələrini ?soyqırım? olaraq tanınması riskinin qarşısını alacaq. Yeri gəlmişkən, ABŞ Konqresinin Türkiyə Dostluq Qrupunun həmsədri Robert Vexler də Türkiyə - Ermənistan əlaqələrində tarixi bir dövr olunduğunu deyərək, ?Sərhədlərin açılması və əlaqələrin normallaşması ehtimalı var? bəyanatını verib. Bununla yanaşı, Türkiyə hökuməti Minsk Qrupunun vasitəçiliyi ilə aparılan Dağlıq Qarabağ daışıqlarının nəticə verəcəyinə də ümid edir. ABŞ xarici işlər naziri Hillary Klinton Ankarada Əli Babacanla görüşündə problemin ən qısa müddətdə həll ediləcəyinə ümidvar olduqlarını, son müzakirələrdən müsbət nəticələr əldə olunduğunu bildirib. Qeyd edək ki, Minsk Qrupunun həmsədrləri gələcək aylarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın qatılacağı zirvə toplantısı keçirməyi planlaşdırırlar. // SİA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA