Sergey Lavrov: ?Rusiya Dağlıq Qarabağ münaqizəsinin sülh yolu ilə həllini dəstəkləyir?

img

12-03-2009 [04:22]


?Rusiya əlindən gələn köməyi göstərəcək ki, bu münaqişə sülh yolu ilə həll olunsun? ?Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir və Rusiya əlindən gələn köməyi göstərəcək ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Münaqişə tərəflər arasında razılıq əsasında həll olunmalıdır, hər iki tərəfin maraqları nəzərə alınmalıdır?. ANSPRESS-in məluamtına görə, Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirdiyi brifinqdə belə deyib. S. Lavrov qeyd edib ki, görüşdə Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsi də müzakirə edilib: ?Qərara gəlmişik ki, işçi qrupların səviyyəsində bu müzakirələr davam etdirilsin?. S.Lavrov Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsi barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib və qeyd edib ki, məsələylə bağlı səhv məlumatlar yayılıb. ?Rusiya bir çox ölkələrlə hərbi-texniki əməkdaşlıq həyata keçirir və bu zaman beynəlxalq hüquq normalarından kənara çıxmır. Biz həmçinin istənilən regionda stabilliyi pozacaq silah təchizatı həyata keçirmirik. Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlığımız da bu prinsiplər üzərində qurulub. Və bu məsələdə gizli heç nə yoxdur. 2008-ci ildə Rusiyanın Ermənistana silah verməsi ilə bağlı ortaya çıxarılan sənəddə elə qrammatik səhvlər var ki, bu, həmin sənədin harada hazırlandığına dair bəzi mülahizələr ortaya çıxarır?. Qeyd edək ki, Azərbaycan və Rusiyanın xarici işlər nazirlərinin iştirakı ilə Bakıda Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib. Lavrov Bakıda belə bir mərkəzin açılmasını yüksək qiymətləndirib və bildirib ki, bu, iki ölkə arasında humanitar sahədə əməkdaşlığın daha da genişlənməsi və dərinləşməsinə xidmət edəcək. Öz növbəsində, Elmar Məmmədyarov Azərbaycanda rus dili və mədəniyyətinə böyük diqqət yetirildiyini, buna sübut kimi bir müddət əvvəl bakıda Moskva Dövlət Universitetinin filialının açılmasını, Bakıda fəaliyyət göstərən rus Dram Teatrının tamaşalarının anşlaqla keçdiyini qeyd edib. O, həmçinin bildirib ki, həmkarı ilə keçirdiyi danışıqlarda bu il Bakıda Rusiya, Moskvada isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinin qərara alındığını söyləyib. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA