Corc Buza ayaqqabı atan jurnalistə üç il iz verildi

img

12-03-2009 [04:16]


Müntəzir əl Zaydi son sözündə özünü təqsirli bilməyib ABŞ-ın 43-cü prezidenti Corc Buşa ayaqqabı atan jurnalist Müntəzir əl Zaydiyə üç il iş verildi. Məhkəmə onu xarici ölkə rəhbərinə hücumda təqsirləndirib. Məhkəmədə son sözlə çıxış edən jurnalist özünü təqsirli bilməyib. Əl-Zaydi öz əməlini ?işğala təbii cavab? kimi qyimətləndirib və hökm oxunan zaman ?Yaşasın İraq!? deyə qışqırıb. Xatırladaq ki, insident 2008-ci il dekabrın 14-də baş vermişdi. Corc Buşun vida turnesi çərçivəsində İraqda keçirdiyi mətbuat konfransı zamanı jurnalist Ağ ev rəhbərinə ayabbılarını atmış və ?köpək, bu sənə İraq xalqının vida öpüşüdür? deyə qışqırmışdı. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA