PARLAMENT KOMiSSiYASI AMNiSTiYA AKTI LAYiHƏSiNi TƏSDiQLƏDi

img

11-03-2009 [02:08]


Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın təqdim etdiyi amnistiya aktı layihəsini təsdiqləyib. ?Media forum? xəbər verir ki, komissiyanın bu gün keçirilən iclasında amnistiya layihəsinin parlamentin müzakirəsinə çıxarılması tövsiyə olunub. Komissiya sədri Əli Hüseynov layihənin martın 17-də isə müzakirə olunacağını deyib. Aktın 4 ay müddətində icra olunması nəzərədə tutulub. Sonuncu amnistiya aktını Milli Məclis 2007-ci il mayın 8-də qəbul edib. Amnistiya ümumilikdə 9000 nəfərə şamil olunub. Onlardan 1500 nəfəri həbsdən azadlığa buraxılıb, 7500 nəfərin isə cəza müddəti azaldılıb. Həmin amnistiya aktının da təşəbbüsçüsü Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olub. Ondan əvvəlki amnistiya 2003-cü ilin mayında faşizm üzərində qələbənin 48-ci ildönümü münasibətilə imzalanmışdı. 14 min nəfərə şamil edilmiş həmin amnistiyada 3400 məhkum azadlığa buraxılmış, 2200 məhkumun cəzası yüngülləşdirilmiş, azadlıqdan məhrum edilmə ilə bağlı olmayan 5400 adam cəzadan azad edilmiş, 2 min adama münasibətdə cinayət təqibinə xitam verilmişdi. 1995-ci ildən bəri ümumilikdə 8 amnistiya aktı verilib. Bu amnistiyalar ümumilikdə 87 min nəfəri əhatə edib, onlardan 22 min 825 nəfəri cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA