Ərdoğandan Azərbaycanla bağlı maraqlı açıqlama

img

10-03-2009 [05:53]


[b]?Azərbaycanın maraqlarına zidd hər hansı addım atmağımız mümkün deyil?[/b] Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan son günlər ölkəsi ilə Ermənistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması, üstəlik, sərhədlərin açılması yönündə Azərbaycanın artan narazılıqları və narahatlıqları ilə bağlı açıqlama verib. Qaynar.info-nun verdiyi məlumata görə, Ərdoğan, Türkiyənin ?24? telekanalının ?Açıq görüş? proqramına müsahibəsində ?Bizim Ermənistanla münasibətlər xüsusunda atacağımız addımların məzmunu Azərbaycanla paralel siyasət yürüdə bilmək olacaq, buna heç kimin şübhəsi olmasın? deyib. Türkiyə baş naziri ?Azərbaycanın maraqlarına zidd hər hansı addım atmamız, siyasət yürütməyimiz mümkün deyil? sözlərini də fikirlərinə əlavə edib: ?İndiyə qədər Ermənistanla münasibətlərimizdə Azərbaycanın maraqları öndə olub, bundan sonra da belə olacaq. Bu siyasi xətdən sapmamızdan söhbət gedə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA