ilham Əliyev Türkiyəyə səfər edəcək

img

09-03-2009 [05:40]


Dövlət başçısı 5-ci Dünya Su Forumu çərçivəsində baş tutacaq "Dövlət Başçıları Zirvəsinə" qatılacaq. Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Türkiyənin Zaman qəzetinin ?Cihan? agentliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İstanbulda keçiriləcək 5-ci Dünya Su Forumu (16-22 mart) çərçivəsində baş tutacaq "Dövlət Başçıları Zirvəsi"nə qatılacaq. Agentliyin məlumatına görə, "Dövlət Başçıları Zirvəsin"də Misir prezidenti Hüsnü Mübarək, Azərbaycan prezidenti İlham Əliyev, Yaponiya baş naziri Taro Aso, İran prezidenti Mahmud Əhmədinejad, Tacikistan prezidenti İmoməli Rahmon, Qırğızıstan prezidenti Kumanbek Bakiyev, Ekvador prezidenti Rafael Korrea və Cənubi Koreya prezidenti Lee Myunq və digər rəsmi qonaqlar iştirak edəcəklər. Ümumilikdə foruma 20 min nəfərin qatılacağı bildirilir./ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA