Hillari Klinton Ankarada

img

09-03-2009 [04:57]


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Ankaraya gəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün xanım Klinton baş nazir Ərdoğanla görüşəcək. Görüşdən sonra onun Anıt qəbri ziyarət edəcəyi gözlənir. Ziyarətdən sonra isə o, xarici işlər naziri Əli Babacan və prezident Abdulla Gül ilə bir araya gələcək. Görüşlərdə Türkiyə-ABŞ əlaqələrinin və regiondakı durumun müzakirə ediləcəyi bildirilir. Müzakirə ediləcək məsələlər arasında ABŞ qoşunlarının İraqdan çıxarılma qrafiki, bu zaman hansı ölkənin ərazisindən tranzit kimi istifadə ediləcəyi də yer alır. Xatırladaq ki, ABŞ İraqa qoşun yerdən zaman Türkiyə bu əməliyyatın öz ərazisi vasitəsilə aparılmasına icazə verməmişdi. Hillari Klinton bundan əvvəl Türkiyəyə 1999-cu ildə həyat yoldaşı, prezident Bill Klintonla bərabər gəlmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA