Ermənilər cəbhəoyu movqelərimizi atəzə tutublar

img

09-03-2009 [04:13]


Ermənistan Silahlı Qüvvələrinin bölmələri dünən axşam saatlarından başlayaraq cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun üzbəüz mövqelərini iri çaplı silahlardan atəşə tutublar.Bu barədə MİA-ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, erməni silahlıları martın 6-da saat 19.10-dan 19.20-dək Ermənista Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 11.15-dan 11.30-dək və 13.25-dən 13.50-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.00-dan 18.15-dək və 23.30-dan 23.45-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklər və Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 7-də saat 00.10-dan 00.30-dək və 06.24-dən 06.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklər və Aşağı Əbdülrəhmahlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA