Metro işçısi jurnalisti döyərək hədələdi: “Naxçıvanlıyam, sən kimsən?"

img

06-07-2013 [21:33]


"Sənin kimi şikəstdən də heç jurnalist olar? Səni mən sürüyəcəm. Naxçıvanlıyam məni heç kim işdən çıxara bilməz”. Bu sözləri bu gün Həzi Aslanov metrostansiyasında Aynur Elgünəşi döyən metropoliten işçisi Nahidə adlı xanım deyib.

Mia.az xəbər verir ki, Aynur Elgünəş Simsar.az-a açıqlamasında bildirib ki, "hadisə Bakı Metropolitenin işçisi Nahidə adlı xanımın Həzi Aslanov stansiyasında Xəyal İmanov adlı sərnişinlə mübahisə etməsi ilə başlanıb. Qucağında 9 aylıq körpəsi ilə terminala pul yükləyə bilməyən Xəyal İmanov metropolitenin işçisindən kömək istəyib. Nahidə adlı xanım isə "bu terminalı xarab edən sənin kimi zibillərdi” və başqa alçaldıcı sözlərlə sərnişini təhqir edir. Mübahisəni görüb yaxınlaşdım və nə baş verdiyini soruşdum. Nahidə xanım mənə "sən kimsən, get işinlə məşğul ol” dedi.

Daha sonra jurnalist olduğumu bildirəndə "sənin kimi şikəstdən də heç jurnalist olar?” dedi və mənə hücüm etdi. "Həzi Aslanov satansiyanın rəhbəri Böyükağa Yolçuyeva müraciət etdim. Böyükağa Yolçuyev həmin xanımı çağırdı və məndən üzr istəməsini tələb etdi. Nahidə xanım məcburən üzrxahlıq etsə də, otaqdan çıxanda bilirdi ki, səni harda görsəm sürüyəcəm. "Mən naxçıvanlıyam, mənə heç nə edə bilməzsiz” dedi. Böyükağa Yolçuyevin mənə qoyduğu hörmətə əsasən polisə müraciət etmədim. Həzi Aslanovun stansiyasının rəhbəri onu da əlavə edib ki, bu qadınla bağlı bizə çoxlu şikayətlər daxil olur. Ancaq onunla bağlı heç bir tədbir görə bilmirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR