Böyükağa Hacıyev: "Yeni hücumçular..."

img

06-07-2013 [21:31]


"Neftçi” baş məşqçisi Böyükağa Hacıyev Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində "Volqa" ilə keçirilən oyunu (0:1) şərh edib.

Təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında yoxlama oyununda nəticənin önəm kəsb etmədiyini bildirib:

"Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu da nəticəyə təsirini göstərdi. Bununla belə, yoxlama oyunlarında nəticə önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların hazırlıq səviyyəsini yoxlamaq idi".

Hacıyev bildirib ki, qarşılaşmada bütün futbolçular səylə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışıblar: "Bahadır Nəsimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir. Əminəm ki, yeni gələn hücumçular da Nikolas Kanalesin yoxluğunu unutduracaq. İnanıram ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunumuzadək tam hazır olacağıq".

Xatırladaq ki, "Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın "Skenderbeu” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 17-də, cavab görüşü ayın 23-də baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA