29-01-2016 [15:23]
"Türkiyə və Rusiya Suriyada müharibəyə başlaya bilər”.
Bu barədə İngiltərənin "Times” qəzeti yazır.
Nəşr qeyd edir ki, Türkiyə İŞİD-in nəzarətində olan Cerablus bölgəsi ilə sərhəd olan ərazilərini minalardan təmizləməyə başlayıb: "Bu, Türkiyənin qurudan hücum edə biləcəyi ehtimalını artırır. Kreml də öz növbəsində PYD ilə yaxınlaşır. Bu həftə ölkənin şimal-şərqində rus zabitlər Türkiyənin burnunun dibindəki Cerablusa hücum etmək üçün kürd gücləri ilə görüş keçirib. Rusiya, həmçinin, hərbi hava bazası qurmaq istədiyi kürdlərin nəzarətindəki Qamışlıda 200 hərbçi saxlayır”.
Türkiyə və Rusiya rəsmilərinin bir-birini sərt ittiham etmələrinə diqqət çəkən nəşr yazır ki, Ankara Rusiyanın Qamışlıda hərbi baza yaratdığını, Kreml isə Türkiyənin Suriya sərhədinə böyük qoşun yığdığını dilə gətirir.
"Şərq və Qərbdəki torpaqlarının bir-birinə bağlamağa və sərhəd boyunca uzanan təhlükəsiz ərazi yaratmağa çalışan YPG (PYD-nin silahlı gücü –red.) Cerablusa ilk dəfə ötən yazda hücum etmişdi. İndi belə bir bölgəni yarada bilmək üçün ruslar kürdlərə aktiv dəstək verir. Cerablus Rusiya üçün Türkiyənin ayağının altını qazacaq nöqtədir. Məhz buna görə Ankara YPG-nin Cerablusa girməsini özü üçün "qırmızı xətt” elan edib”, - deyə məqalədə bildirilir.
"Atlantik Şurası” beyin mərkəzinin eksperti Aron Stein isə qəzetə bildirib ki, Rusiyanın Türkiyə maraqlarına zərbə vurduğu aydın görünür: "Rusiya Türkiyə ilə kürdlər arasındakı qarşıdurmadan yararlanır. Kürdlər bu prosesdə öz maraqlarını güdürlər. ABŞ Rusiya və Suriya rejimi ilə münasibətlərdə ehtiyatla davranır. Hazırda kürdlərin Cerablusa hücum etmək istəkləri ABŞ-ı narahat edir. Çünki Vaşinqton YPG-ni İŞİD-i Rakkadan çıxarmaq üçün planlaşdırılan hücumda istifadə etmək niyyətindədir. Ötən ay Rakka cəbhəsində YPG-nin itkiləri azaldı, lakin Cerablus bölgəsində artdı. Bu kürdlərin diqqəti Cerablusa verdiyini göstərir”.
PYD lideri Salih Müslim "Times”a açıqlamasında deyib ki, həm Rakkaya, həm də Cerablusa girməyə hazırdırlar: "Lakin Rakkada daha çox ərəblər var və yalnız kürdlərin ora girməsi onların düşmənçiliyi ilə qarşılanacaq. Buna görə Rakkaya hücum etmək üçün daha çox ərəb müttəfiqlərinə ehtiyacımız var”.
O, öncə Cerablusa, yoxsa Rakkaya girməklə bağlı konkret fikrə gəlmədiklərini qeyd edib.
"Times” sonda baş verənləri Suriyada Türkiyə-Rusiya müharibəsinin alt bazası olaraq dəyərləndirib(Publika.az).
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR