"Avis" apteklər şəbəkəsinin sahibi həbs olunub

img

29-01-2016 [11:08]


Bakıda geniş aptek şəbəkəsinəmalik olan "Avis" Tibbi Marketlər şəbəkəsinin direktoru Elmir Məhərov həbs olunub.

"Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan "İstanbul” apteki açılıb.8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA