“Qumarxanalar kralı” kimi tanınan azərbaycanlı tapıldı - TƏFƏRRÜAT

img

28-01-2016 [19:40]


Ötən il dekabrın 18-də Rusiyanın Tolyatti şəhərində oğurlanmış azərbaycanlı biznesmen Kamal Quliyevlə bağlı yeni məlumat yayılıb. 

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bir aydan artıqdır ki, axtarılan biznesmen Penza vilayətində tapılıb. Kamal Quliyevin onu girov saxlayan şəxslərdən qaça bildiyi və polis orqanlarına müraciət etdiyi aydınlaşıb. Məlumata görə, biznemseni girovluqda saxlayan şəxslər elə əslən Azərbaycandan olan M.Qurbanov və Məmmədov soyadlı ata-oğuldur. Həmin şəxslər Saratov vilayətində saxlanılıblar. Qeyd eədk ki, Tolyattidə daha çox qumarxana və kommersiya obyektlərinin sahibi kimi tanınan Kamal Quliyev 2015-ci il dekabrın 18-də şəhərdəki "Olimp” idman-sağlamlıq mərkəzinin yanından oğurlanmışdı. Sonradan biznesmenin ailəsinə zəng vuran cinayətkarlar onun azad olunması üçün 10 milyon avro pul tələb etmidilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA