Milli Məclisin qarşısında özünü yandırmaq istədi - İntihara cəhd

img

28-01-2016 [15:17]


Bakıda intihara cəhd olub. Şahidlərin verdiyi məlumata görə, hadisə Milli Məclisin qarşısında qeydə alınıb. 

40-45 yaşlarında naməlum kişi üzərinə yanacaq məhlulu tökərək özünü yandırmaq istəyib. Ərazidə olan polis əməkdaşları dərhal müdaxilə edərək intihara cəhdin qarşısı alıblar.

Səbail rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda onun 9-cu Polis Bölməsində ifadəsi alınır.
İntihara cəhd edən şəxsin kimliyi hələlik açıqlanmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA