Azərbaycanlı gizir türmədə mayoru güllələdi - Arvadıyla eşq yaşayırmış

img

27-01-2016 [15:21]


Komi Respublikasında yerləşən 31 nömrəli koloniyada cinayət hadisəsi baş verib.

Mia.az LifeNews-a istinadən xəbər verir ki, koloniyada 35 yaşlı baş gizir Şahin Əliyev 36 yaşlı mayor Xalid Həsənovu avtomatla güllələyib. Mayoru güllələyən baş gizir daha sonra intihara cəhd edib.

Artıq hadisənin bəzi təfərrüatları da məlum olub. Yerli sakinlərin sözlərinə görə, Ş.Əliyev həyat yoldaşı Kamilə Əliyevanı 2 uşağıyla birlikdə tərk etdikdən sonra onun mayoru X.Həsənov qadınla yaxınlaşmağa başlayıb. Yerli sakinlərin sözlərinə görə, X.Həsənov bir neçə dəfə Ş.Əliyevi öz arvadını tərk etdiyinə görə tənqid edib. O, bunun Kamiləyə qarşı alçaq addım olduğunu və qadını iki uşaqla birlikdə tək qoymağın düzgün olmadığını bildirib. Lakin gizir mayorun sözlərinə qulaq asmayıb.

Sakinlər keçmiş əri tərk etdikdən sonra kamilənin Xalidlə eşq yaşamağa başladığını bildirirlər.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Əliyevlə Həsənov arasındakı dostluq münasibətləri hələ 90-cı illərdə, onlar 31-ci koloniyada xidmətə başlayarkən yaranıb. Dostlar arasındakı münasibət isə ötən il Əliyevə mənzil almaq üçün birdəfəlik ödəniş edildikdən sonra pozulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA