Daşkəsəndə maşın körpüdən aşdı; Vəzifəli şəxslər öldü

img

26-01-2016 [19:00]



Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Bayan kəndi ərazisində "Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb.
Qəza nəticəsində iki nəfər ölüb. Xəsarət alanların olduğu da bildirilir.
Hazırda hüququ-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Araşdırma aparılır.

****

Daşkəsəndə avtomobilin körpüdən aşması nəticəsində ölən şəxslərin kimliyi məlum olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunlar Daşkəsən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA