"Yıxın, sürüyün məni, baltalayın..." - Mikayıl "od püskürdü"

img

26-01-2016 [12:56]


Space TV-də yayımlanan "Sevimli şou”nun eks-aparıcısı Mikayıl Güləddinoğlu proqramdan uzaqlaşdırılmasına münasibət bildirib.

Aparıcı onu ittiham edənlərə cavab verib:

"İndiyənə kimi hamıya can deyib, can eşitmişəm. Sosial şəbəkələrdə "Azərbaycan xalqının gözü aydın” yazırlar. Ay oğul, mən Azərbaycan övladıyam, Qarabağ balasıyam... Yazırlar ki, yaxşı oldu, indən belə muğam ifalarına yer verərlər. Sizə qurban olum, mən indiyənə kimi nə göstərirdim? Verilişdə muğam ifalarına da yer verirdim. Könül Xasıyeva, Elnarə Abdullayeva, Cabir Abdullayev bəs nə oxuyurdu? Hamıya "qurban olum” demişəm. "Sevimli şou”ya ailə ilə oturub baxmaq olmurdu? Anam da, bacım da, bibim də baxırdı. Burda nə pis şey var? Qol qaldırıb oynamaq pis idi? Verilişdə şeir demişəm, mahnı oxuyublar. Niyə bir-birimizi baltalayırıq? Qonaq kimi gələn insanları niyə pisləyək? Onlar da anamız, bacımızdır".

Mikayıl onu savadsızlıqda ittiham edənlərə belə cavab verib:



"Musiqi savadım da var, Mədəniyyət və İncənət Universitetini bitirmişəm. Elə qələmə verirlər ki, mən başqa ölkənin vətəndaşıyam. Yıxın, sürüyün məni, baltalayın... Kimə güldən ağır söz demişəm? Mən "Sevimli şou”nu aparanda zalda 500 nəfər qonaq olurdu, gecə 12-yə kimi gözləyirdilər. O 500 nəfər mənim qohumum idi? Yazırlar ki, gələnlərə pul verilir. Mən niyə pul verim?”

Qeyd edək ki, "Sevimli şou”nu "Planet Parni iz Baku"dan tanıdıqları aktyor Ramil Əliyev aparır.

Xatırladaq ki, proqramın əvvəlki aparıcısı Mikayıl Güləddinoğlu bir neçə gün öncə MTRŞ-nın qərarı ilə Mikayıl verilişdən uzaqlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?