25-01-2016 [19:01]
ANS televiziyasında dünən axşam efirə gedən "Hesabat" verlişində proqramın müəllifi Mirşahin son günlər gərginləşən ANS-MTRŞ qovğasınının səbəbləriylə bağlı yenə də olduqca diqqətçəkən fikirlər səsləndirib.
Mia.az Mirşahinin hakimiyyətiçi proseslərlə bağlı kifayət qədər ciddi eyhamların yer aldığı "Hesabat"dakı həmin çıxışının anspress.com vasitəsiylə yayımlanan variantını təqdim edir:
Bugünkü "Hesabat"da, yəni bağlanması barədə MTRŞ-nın qərar çıxardığı "Hesabat"da Azərbaycanın maliyyə naziri Samir Şərifovun müsahibəsi olmalıydı. Özü də çox mühüm və hər birimizin həyatına sirayət edən sualların cavablarından ibarət böyük müsahibə. İlk müəmmalı sualım elə özümüzə bu olacaq:
Kim istəmirdi ki, bu müsahibə efirə getsin? Bu iki gündə kifayət qədər vaxtım oldu və apardığım təhlillər nəticəsində belə qərara gəldim ki, bu faktın bir daş altı, bir daş üstü maraqları var. "Hesabat”ı bağlamaqda məqsəd təkcə əhalini nazirin müsahibəsinə qulaq asıb sakitləşmək şansından məhrum etmək deyildi.
Görünür, bu müsahibənin efirə getməsini həm də ona görə arzulamırdılar ki, devalvasiyadan sonra çoxlu suallarla üz-üzə qalan insanlar bu sualların cavabını tapandan sonra sakitləşəcək və xeyli rahat olacaqdılar. Əlbəttə, biz bu müsahibəni efirə verəcəyik. Elə bu gün. Amma müsahibədən əvvəl mən yaranmış vəziyyət barədə bəzi fikirlərimi paylaşmaq istəyirəm.
Milli Televiziya və Radio Şurası ANS-in "Hesabat” verilişini bağlamaq barədə qərar çıxardı, rəsmi səbəbin nə olmasını qətiyyən ciddiyə almadan deməliyəm ki, bu qərar qurumun ANS-ə münasibətinin birtərəfli olması ilə bağlı idi. Və biz də elə bunu deyirdik. Deyirdik ki, MTRŞ ANS-ə qərəzli yanaşır. Özünü tənqiddən yuxarıda qoyur, toxunulmazlığa iddia edir. Bu isə dövlət başçısının ictimai nəzarət, şəffaflıq tələblərinə, baş vermiş nöqsanlar barədə birbaşa ona məlumat çatdırılması barədə əmrlərinə kökündən ziddir...
Biz göstərmişik, göstəririk və göstərəcəyik. Olduğu kimi. Ona görə ki, son hadisə zamanı dövlətin dostu və düşməninin kim olduğunu bir daha gördük. Elə burdaca prezident İlham Əliyevə - demokratiya və azad fikrə növbəti dəfə verdiyi dəstəyə görə minnətdarlığımızı bildiririk.
Vahid Mustafayevin açıqlamasında deyildiyi kimi, "həmişə azad söz və mətbuata dəstək olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş verən hadisə barədə xaricdə səfərdə olmasına baxmayaraq məlumat alandan, vəziyyəti dəqiqləşdirəndən sonra lazımi qurumlara ANS TV-nin "Hesabat” proqramının yayımı ilə bağlı qoyulan qadağanın dayandırılması ilə bağlı göstəriş verdi”. Çox sağ olsun! Bir daha təşəkkürümüzü bildiririk.
Bəs, niyə ANS-lə belə rəftar edilir? Nə baş verir? Axı hər şey göz qabağındadır. Biz öz işimizi görürük. Seçki prosesini yüksək peşəkarlıqla işıqlandırdığımıza görə Mərkəzi Seçki Komissiyasından, Nardaranda qanun böhranının aradan qaldırılması zamanı gördüyümüz informasiya işinə görə daxili işlər orqanlarından, "Günəşli” yatağındakı fəlakətlə bağlı çevik informasiya fəaliyyətinə görə SOCAR-dan və itki sahiblərindən daxil olan minnətdarlıq müraciətləri almışıq.
Devalvasiyadan sonra Maliyyə Nazirliyi və Mərkəzi Bank rəhbərləri ilə birlikdə apardığımız geniş informasiya və təşviqat işi elə bu qurumların rəhbərləri səviyyəsində təqdir olundu və eləcə də hər gün ANS-ə sadə vətəndaşlardan gələn zənglərdə insanlar onlara verdiyimiz dolğun məlumat üçün minnətdarlıq ifadə edirlər. Və xüsusi olaraq bəyan edirəm ki, bütün bunları ANS heç kimin tövsiyəsi, tapşırığı və ya istiqamətvericiliyi ilə etməyib.
Biz informasiya siyasətimizi özümüz müəyyənləşdirmişik və həyata keçirimişik. Əksinə, bəzən yuxarıdan gələn tövsiyələri icra etməmişik və nə yaxşı ki, icra etməmişik, çünki sonradan dövlət başçsının çıxışları və əlaqələrimizdən də görmüşük ki, onun tələbi və arzusu bizə çatdırılan tərzdə deyil, tam başqadır. Amma çatdıranları da günahlandırmamışıq, ona görə ki, onların ağlı elə o qədərdir. Başa düşmək qabiliyyətləri də...
***
... Bir daha təkrar edirəm: hər şey göz qabağındadır. Bəs onda səbəb nədir? Bəlkə səbəb elə budur. Hər şeyin göz qabağında olması. Bəs kim hər şeyin göz qabağında olmasını istəmir. Biz elə doğrunu dediyimiz, hər şeyi açıb göstərdiyim üçün kiməsə mane oluruq bəlkə?! Bəs o "kim", kimdir axı?
Bizi öz suallarımıza görə cəzalandırmaq hansı ağıllının ağlına gələ bilərdi axı? Axı biz nə istəmişik? Soruşmuşuq ki, MTRŞ prezidentin ayırdığı 12 milyon manata qədər vəsaiti hara və konkret olaraq, hansı ad və soyadlara istiqamətləndirib. Burada nə qəbahət, nə cinayət var? Bu gün də soruşuruq, əslində bunu MTRŞ bütün sivil ölkələrdə olduğu kimi, adi statistik məlumat kimi öz saytında çoxdan yerləşdirməliydi. Özünün mötəbər heyətinin tərcümeyi-halı kimi. Hər şərdə bir xeyir var deyilblər. Yaxşı ki, son hadisə baş verdi.
Bu çiban partlamalıydı və partladı. Azərbaycanın sağlam və xəstə qüvvələrinin sərhədləri bəlli oldu.
Biz dürüst gördük ki, Azərbaycanın sağlam gələcəyini istəyənlər və istəməyənlər kimdir. Xalqımızın potensialı böyükdür. Hər şey yaxşılığa doğrudur. Elə bil, neftin də qiyməti bu sağlam ovqata dəstək olaraq qalxır. Amma Azərbaycanda müstəqilliyimizi qorumaq, inkişaf etdirmək yalnız əmin-amanlıq şəraitində ola bilər. Bəlkə, "Hesabat”ın bağlanmasının bir səbəbi də bu idi?
Azərbycanda narazılıq, qarışıqlıq yaratmaq, vəziyyəti gərginləşdirmək, camaatı küçələrə çıxarmaq istəyənlərin qarşısını almaq üçün atdığımız addımlar, verdiymiz məlumatlarla onu sakitləşdirmək kiminsə xoşuna gəlmir, bəlkə? Bəlkə, kiminsə bu dağıdıcılığa xərclənən milyonları batır? Bir sözlə, yaxşı oldu ki, belə oldu. "Hesabat”ın bağlanması qərarıyla başqa hesabatların tələb olunması zərurəti yarandı.
Öz qulluq mövqeyindən sui-istifadə edərək mənəviyyat "qekaçepe"çiliyi yaradan bir qutu məmur dövlət başçısının sağlam məntiqi və həqiqətə söykənən iradəsi ilə toqquşdu və bu qeyri-bərabər döyüşdə, təbii ki, dövlət və dövlət başçısı qalib gəldi… Oyun qurtardı.
Bu gün Azərbaycan dövlətinin gələcəyi başqa yanaşma, novatorluq tələb edir. Prezident savadsız, müasir dövrün idarəçilik üslubundan 100 illik ucqarda yerləşən, geri və köhnə qalmışlarla son və qəti mübarizəyə girib. Və bütün sağlam qüvvələr bu mübarizədə pezidentin yanındadır.
Biz dövlətimizə ayıb gətirən heç bir işdə yoxuq, olmayacağıq da. Təsəvvür edirsiniz, ANS dünyanın 72 televiziyasını özündə birləşdirən ENEX-in üzvüdür və ağzıgöyçəklərin nəzarətinə çatdırmaq istəyirdik ki, belə nüfuzlu təşkilata yalnız şəffaf mühasibatlığa malik olan qurumları qəbul edirlər.
Və bu 3-4 gündə bu quruma daxil olan nüfuzlu informasiya təşkilatlarını inandırmaqla məşğulduq ki, MTRŞ-nın "Hesabat”ı bağlamaq qərarı dövlətin rəsmi mövqeyi deyil, bir ovuc məmurun öz fəaliyyətinin nəticəsidir və Prezident heç vaxt demokratiyanın boğulmasına yol verməz.
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Fransa qol vursa, biz də sevinəcəyik - Millinin baş məşqçisi sözünün arxasında duracaqmı? (VİDEO)
Prezident İlham Əliyev Özbəkistanda: "Şavkat Miromonoviç müdrik dövlət xadimi olmaqla yanaşı, həm də..." - Çıxış + FOTOLAR
Ağdərədə mina partlayışı olub - Yaralı var
Sabah hava necə olacaq? - Proqnoz
Oğuzda oğul anasını öldürüb
Gədəbəydə 59 yaşlı şəxs 37 yaşlı kişini öldürüb
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək