Azərbaycanda daha bir quldurluq: maskalılar ata-oğulu döyüb külli miqdarda pul apardı

img

22-01-2016 [12:07]


Abşerona yaşayış evinə basqın olub.

Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Xırdalan şəhəri, Quşçuluq yaşayış sahəsi, ev 77 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Cabir Nəbiyevin evinə girən maskalı və əlisilahlı 3 nəfər ev sahibini və onun oğlu Ələsgər Nəbiyevi döyərək əl-qolunu və ağzını yapışqanla bağlayıblar. Maskalı şəxslər evdən 23 min manat pul və qızıl-zinət əşyalarını götürərək mənzili tərk ediblər.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov tutulublar.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA