Rəhman Rəhmanovu ağladan oğlunun — VİDEOSU

img

21-01-2016 [19:29]


Əməkdar artist Rəhman Rəhmanovun polis tərəfindən saxlanılan oğlu Emil Rəhmanovun videosu sosial şəbəkədə rezonans doğurub.

Mia.az publika.az-a istinadən xəbər verir ki, yayılan görüntülər 2 il əvvələ aid olsa da, indi baxış rekordu qırır. Həmin videoda ANS telekanalında qonaq olan Emil Sezen Aksunun repertuarından "Minik serçe" mahnısını ifa edib. Sosial şəbəkə istifadəçiləri Emilin ifasını paylaşaraq onun taleyinə biganə qalmayıblar.

Videogörüntüdə Emilin ifası atasını kövrəldib. Onun əlləri əsib, gözləri dolub. Teleaparıcı Afət Rahilqızı da göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Rəhman Rəhmanov oğlunun həbsi ilə bağlı açıqlamasında onunla danışmadığını deyib:

"O adam məni maraqlandırmır. 1 aydır, onunla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Daha o adda oğlum yoxdur!"

Xatırladaq ki, aktyorun oğlu ikinci dəfə saxlanılıb. Birinci dəfə o, 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun narkotik istifadəçisi olduğu bildirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?