Brilliant Dadaşova evsiz qaldı

img

19-01-2016 [12:20]


Yanvarın 18-i xalq artisti Brilliant Dadaşovanın "Sahil" metrosunun yaxınlığında, Üzeyir Hacıbəyov küçəsində yaşadığı mənzilini su basıb.

Hadisə şahidlərin musavat.com-a verdiyi məlumata görə, buna səbəb yuxarı mərtəbədə yaşayan qonşunun qızdırıcı xəttlərinin partlaması olub. Hadisə baş verərkən qonşu evdə olmayıb.

Hadisə nəticəsində Brilliant Dadaşovanın mənzilinə ciddi ziyan dəyib. Saatlarla axan isti su evin təmirinə, əşyalarına zərər vurub. Mənzilin tavanı davamlı axan isti suyun təsirindən tökülüb. Ev tamamilə yararsız vəziyyətə düşüb.

Məlumatı B.Dadaşovanın köməkçisi də təsdiqləyib. Xalq artisti hadisədən sonra evini tərk edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?