Məhkəmə İlham Mirzəyevi azadlığa buraxmadı - Qərar

img

15-01-2016 [14:34]


Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyevin apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib.
 
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ. Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan İ. Mirzəyev apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etməyib. Daha sonra İ. Mirzəyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etsə də, şikayəti rədd edilib. İ. Mirzəyev bir müddət sonra cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə bu dəfə də onun istəyini təmin etməyib. Bundan sonra İ. Mirzəyev növbəti dəfə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
 
İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:17 02.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA